21/05/2020
10:00
1737
| A A A
İtaliya A Seriyası ilə bağlı qərar verildi - RƏSMİ

İtaliyada koronavirus pandemiyasına görə dayandırılan 2019/20 mövsümünün başa çatacağı və növbəti mövsümün başlama tarixləri açıqlanıb.

Goal.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının (FIGC) rəsmi saytı məlumat yayıb.

FIGC-in Federal Şurasının telekonfrans formatındakı iclasında A, B və C seriyalarının avqustun 20-dək yekunlaşdırılması, növbəti mövsümün isə sentyabrın 1-də başlanmasına qərar verilib.

Federasiya mövsümün yenidən dayanacağı təqdirdə çempionatın qısa pley-off şəklində başa çatdırılacağını da açıqlayıb.

C Seriyasından aşağı olan bütün liqalar, həmçinin həvəskarlar arasındakı çempionatların ləğv olunduğu da elan edilib.

Qeyd edək ki, daha əvvəl İtaliyada çempionatların iyunun 13-də bərpa olunacağı açıqlansa da, daha sonra ölkə rəhbərliyi kütləvi tədbirlərin təşkilinə qoyulan qadağanın iyunun 14-dək uzadıldığını bəyan etmişdi.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
6158 səs