03/07/2020
20:29
4002
| A A A
İtaliya A Seriyasında ilk

İtaliya A Seriyasının 29-cu turunda “Napoli”ni 2:0 hesabıyla məğlub edən “Atalanta”nın hücumçusu Alexandro Qomes rekorda imza atıb.

Goal.az xəbər verir ki, forvard bu görüşdə mövsümdəki məhsuldar ötürmələrinin sayını 15-ə çatdırıb. Bu göstərici ilə argentinalı futbolçu 21-ci əsrdə A Seriyasında bir mövsümdə 15 məhsuldar ötürmə həddinə çatan ilk futbolçu olub.

Bu qələbə ilə xallarının sayını 60-a çatdıran “Atalanta” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13153 səs