04/07/2020
10:44
1368
| A A A
Simeone İtaliya A Seriyasının tarixinə keçdi

İtaliya A Seriyasının 29-cu turunda keçirilmiş Bologna – Cagliari matçı qonaqların hücumçusu Covanni Simeone üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, 1:1 hesabıyla başa çatan matçda qonaq komandanın yeganə qolunun müəllifi olan argentinalı futbolçu unikal göstəriciyə imza atıb.

O, A Seriyası tarixində ilin bütün aylarında qol vurmağı bacaran ilk futbolçu olub.

Qeyd edək ki, Covanni Atletico Madrid-in baş məşqçisi Dieqo Simeonenin oğludur.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13073 səs