05/07/2020
10:00
1127
| A A A
Buffondan rekord göstərici

İtaliya A Seriyasının 30-cu turunun “Torino” ilə ev oyunu “Juventus”un qapıçısı Canluici Buffon üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, 42 yaşlı qolkiper bu oyunda meydana çıxmaqla A Seriyası tarixində yeni rekord müəyyənləşdirib.

Ölkə çempionatındakı oyun sayını 648-ə çatdıran Buffon “Milan”nın sabiq müdafiəçisi Paulo Maldinini geridə qoyaraq bu göstəricidə ilk pilləyə yüksəlib. Maldini 1984-2009-cu illərdə elitada 647 görüşdə iştirak etmişdi.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13065 səs