05/07/2020
14:54
2333
| A A A
Ronaldodan növbəti rekord

“Juventus” İtaliya A Seriyasının 30-cu turu çərçivəsində “Torino”nu 4:1 hesabıyla məğlub edib.

Goal.az xəbər verir ki, bu oyun “qoca sinyora”nın hücumçusu Kriştiano Ronaldo üçün əlamətdar olub. Matçda “Juventus”un 3-cü qolunun müəllifi olan portuqaliyalı futbolçu, cari mövsümdə A Seriyasında vurduğu qolların sayını 25-ə çatdırıb. Bununla da, o, klubun rekordunu təkrarlayıb. Belə ki, Ronaldo 1960/61-ci il mövsümündən bəri A Seriyasında bir mövsümdə 25 qol vuran ilk futbolçu olub. Sonuncu belə göstərici Omar Sivoriyə məxsus olub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12663 səs