10/07/2020
18:24
1714
| A A A
Qattuso ilə bağlı qərar verildi

Napoli baş məşqçi Cennaro Qattuso ilə müqavilə müddətini uzadıb.

Goal.az xəbər verir ki, yeni razılaşma 2023-cü ilin yayına qədər hesablanıb.

Bildirilir ki, qərar yaxın günlərdə rəsmən açıqlanacaq. İtaliyalı mütəxəssisin əvvəlki müqaviləsi 2021-ci ilə qədər idi. Ancaq rəhbərlik bu müddəti daha iki il uzadıb.

Qeyd edək ki, Napoli A Seriyasında 31 turdan sonra 51 xalla 6-cı yerdədir. Komanda iyunda İtaliya kubokunun finalında Juventus-u penaltilər seriyasında məğlub etmişdi (4:2).

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13164 səs