12/07/2020
18:51
2647
| A A A
Juventus-da Dibala ilə bağlı qərar verildi

Juventus Paulo Dibala ilə müqaviləni uzatmaq istəyir.

Goal.az xəbər verir ki, 26 yaşlı oyunçu Turin klubu ilə sözləşmə yenilməyə müsbət yanaşır.

Məlumata görə, rəhbərlik Dibalaya 3 illik sözləşmə və bonuslardan əlavə ildə 12 milyon avro tələb edib. Onunla klub arasında hazırkı müqavilə 2022-ci ilin iyununda başa çatır.

Daha əvvəl futbolçunun klubdan illik 15 milyon avro tələb etdiyi bildirilirdi.

Qeyd edək ki, argentinalı oyunçu cari mövsüm A Seriyasında 28 matç keçirib və 11 qol vurub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
12668 səs