08/08/2020
13:53
2536
| A A A
Ronaldodan yeni rekord

Juventus-un futbolçusu Kriştiano Ronaldo komandada mövsüm üzrə qol sayında rekorda imza atıb.

Goal.az xəbər verir ki, portuqaliyalı hücumçu Çempionlar Liqasının 1/8 finalının Lyon-la cavab matçında dubl edib.

Beləliklə, Ronaldo mövsüm ərzində qollarının sayını 37-yə çatdırıb. Bu göstərici klub rekordu olub.

Əvvəlki rekord 95 il əvvəl qeydə alınıb. 1925/1926 mövsümündə bu rekorda Ferens Xirzer imza atıb. O, 35 qol vurub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
18990 səs