26/09/2020
11:57
2955
| A A A
Morata nömrə seçimini etdi

Juventus-un yeni transferi Alvaro Morata Turin təmsilçisində forma nömrəsini seçib.

Goal.az xəbər verir ki, ispan hücumçu köhnə-yeni komandasında “9” nömrəli forma ilə çıxış edəcək.

Ötən mövsüm bu nömrəli forma Turin təmsilçisi ilə müqaviləsini ləğv edən Qonzalo İquayna məxsus idi.

Qeyd edək ki, Juventus Moratanı bu mövsümün sonuna kimi Madrid Atletico-sundan icarəyə götürüb. 27 yaşlı forvard 2014-2016-cı illər aralığında da Turin klubunun uğurları üçün çalışıb. İspaniya yığmasının üzvü həmin dövrdə də bu komandada “9” nömrəli formanı geyinib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
9599 səs