21/10/2020
19:49
2230
| A A A
Milan-da ağır itki

Milan-ın futbolçusu Hakan Çalhanoğlu zədələnib.

Goal.az xəbər verir ki, türk yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda Celtic-lə matç öncəsi məşq zamanı zədə alıb. Onun təxminən 7-10 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdir ki, Hakan Şotlandiya təmsilçisi ilə görüşü, həmçinin A seriyasında Roma və Udinese ilə qarşılaşmaları buraxacaq. 26 yaşlı futbolçunun Avroliqada Slavia-ya qarşı da oynayacağı gözlənilmir.

Qeyd edək ki, sabah keçiriləcək Celtic - Milan oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21639 səs