Napoli-də Qattuzoyla bağlı qərar verildi
Napoli-də baş məşqçi Cennaro Qattuzonun taleyi məlum olub.
Goal.az xəbər verir ki, A Seriyası təmsilçisi italyan mütəxəssisin müqaviləsinin müddətini artırmaq niyyətindədir. Bu barədə Napoli-nin idman direktoru Kristiano Cuntoli yerli mətbuata açıqlamasında deyib:
“Biz Qattuzonun meydanda və meydandan kənar işindən razıyıq. O, bizə çox həssas bir zamanda gəldi və dəstəyini göstərdi. Cennaro burda qalır və onunla yeni müqavilə imzalaya bilərik”.