30/10/2020
12:27
1542
| A A A
İnter-də ağır itki

İnter ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, Milan klubunun hücumçusu Romelu Lukaku sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Futbolçu UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Shakhtar-la keçirilən oyunda (0:0) zədələnib. Müayinədən keçən futbolçunun sol budundan zədə aldığı bildirilir. Belçikalı futbolçunun sağalacağı vaxtla bağlı məlumat verilməyib.

Lukakunun Çempionlar Liqasının növbəti turunda keçiriləcək Real-la oyunu buraxacağı gözlənilir.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21641 səs