Roma-nın ulduzu koronavirusa yoluxdu
Roma-nın heyətində koronavirusa yoluxma faktı aşkarlanıb.
Goal.az xəbər verir ki, A Seriya təmsilçisinin futbolçusu Nikolo Zaniolonun virusa yoluxduğu məlum olub.
Bu barədə 21 yaşlı yarımmüdafiəçi instaqram hesabında paylaşım edib. Zaniolo, koronavirus testinin müsbət çıxdığını bildirib.
Zaniolo xəstəliyin heç bir əlamətinin olmadığını da qeyd edib.
Çempionlar Liqasını kim qazanacaq?
PSG
MANCHESTER CITY
REAL MADRID
CHELSEA