Donnarumma Buffonu keçdi
Milan-ın qapıçısı Canluici Donnarumma Juventus-un qolkiperi Canluici Buffonun rekordunu yeniləyib.
Goal.az xəbər verir ki, o, buna A seriyasının 22-ci turunda İnter-lə görüşdə (0:3) nail olub. 21 yaş 361 günlüyündə olan qapıçı yerli çempionatda 200-cü oyununa çıxıb. Beləliklə, Donnarumma 200 matç həddinə çatan ən gənc qolkiper olub.
İndiyədək rekord göstərici Juventus-un qapıçısı Canluici Buffona məxsus idi - 24 yaş 84 gün.
Qeyd edək ki, Donnarumma A seriyasında debüt matçına 2015-ci il oktyabrın 25-də çıxıb.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR