22/02/2021
15:37
530
| A A A
Napoli-nin hücumçusu xəstəxanalıq oldu

Napoli-nin futbolçusu Viktor Osimhen İtaliya A Seriyasının 23-cü turunun Atalanta ilə səfər matçı zamanı huşunu itirib.

Goal.az xəbər verir ki, nigeriyalı hücumçu qarşılaşmanın sonuncu dəqiqəsində arxası üstə yerə yıxılıb və başı yerə dəyib.

Meydanı xərəkdə tərk edən Osimhen dərhal xəstəxanaya aparılıb.

Napoli-nin mətbuat xidmətindən edilən açıqlamada, 23 yaşlı hücumçunun səhhətinin yaxşı olduğu və gecəni xəstəxanada keçirdiyi bildirilib.

Qeyd edək ki, Atalanta – Napoli matçı meydan sahiblərinin 4:2 hesablı qələbəsiylə başa çatıb.(matc)

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19920 səs