Ronaldodan uğurlu statistika
Juventus-n hücumçusu Kriştiano Ronaldo A Seriyasının Crotone-yə qarşı oyununda (3:0) dubl edib.
Goal.az xəbər verir ki, portuqaliyalı futbolçu bununla cari mövsümdə A Seriyasında bütün rəqib komandaların qapılarına qol vurmuş hücumçu olub.
O, 2020/2021 mövsümündə 19 matçda iştirak edərək 18 qol vurub.
Juventus 21 matçda 42 xal toplayıb. Komanda A Seriyasının 2020/2021 mövsümünün yarış cədvəlində altıncı yer tutur. Crotone 12 xalla sonuncu - 20-ci yerdə qərarlaşıb.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR