Milan-da şok itki
Milan-ın futbolçusu Zlatan İbrahimoviç Avropa Liqasının 1/8 final mərhələsində Manchester United-lə hər iki oyunu buraxacaq.
Goal.az xəbər verir ki, buna səbəb isveçli hücumçunun İtaliya çempionatının 24-cü turunda Roma ilə matçda (2:1) zədələnməsidir. 39 yaşlı oyunçu görüşün 56-cı dəqiqəsində əvəzlənib. Onun əzələ zədəsinin olduğu bildirilib.
Qeyd edək ki, Milan-ın Manchester United-lə ilk oyunu 11 martda, cavab qarşılaşması isə 18 martda keçiriləcək.
Çempionlar Liqasını kim qazanacaq?
PSG
MANCHESTER CITY
REAL MADRID
CHELSEA