18/04/2021
17:31
1491
| A A A
Qattuzo klubunu dəyişir

Napoli-nin baş məşqçisi Cennaro Qattuzo cari mövsümün sonunda iş yerini dəyişəcək.

Goal.az xəbər verir ki, Neapol təmsilçisi ilə yollarını ayırmağa hazırlaşan 43 yaşlı mütəxəssis Fiorentina" ilə anlaşıb.

Onun yeni klubu ilə 2+1 illik müqavilə imzalayacağı bildirilib. İtaliyalı baş məşqçi 2021/2022 mövsümünün startından əvvəl Florensiya klubunda işə başlayacaq.

Hazırda Fiorentina-ya Cuzeppe Yakini başçılıq edir.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11340 səs