25/04/2021
16:26
1010
| A A A
Milan-da ciddi itki

Milan-ın futbolçusu Zlatan İbrahimoviç A seriyasının 33-cü turunda Lazio ilə matçı buraxacaq.

Goal.az xəbər verir ki, bu barədə baş məşqçi Stefano Pioli bildirib. Mütəxəssis 39 yaşlı hücumçunun hazır olmadığı üçün görüşdə iştirak etməyəcəyini vurğulayıb. Buna baxmyaraq, Zlatanın səhhətində heç bir problem yoxdur. O, özünü yaxşı hiss edir. Futbolçu 34-cü turda Benevento ilə qarşılaşmada meydanda ola bilər.

Qeyd edək ki, sabah keçiriləcək Lazio - Milan oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs