27/04/2021
12:27
815
| A A A
İtaliya klubları Superliqada çıxış etsələr, ağır cəza alacaqlar

İtaliya Futbol Federasiyası (FIGC) ölkə klublarının Avropa Super Liqasında iştirakını qadağan edib.

Goal.az xəbər verir ki, FIGC İcraiyyə Komitəsinin iclasında komandalara UEFA və FIFA-nın təsdiqləmədiyi yarışlara qatılmama öhdəliyini qoyan qərar qəbul edilib.

Bu cür turnirlərdə iştirak edənlər A Seriyası da daxil olmaqla, yarışlardan kənarlaşdırılacaqlar.

Qeyd edək ki, İtaliyanın Juventus, Milan və İnter klubu Superliqada iştirak etməyi planlaşdırırdılar. (report)

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs