29/04/2021
22:06
1955
| A A A
Alleqri keçmiş klubuna qayıdır

İtalyan mütəxəssis Massimiliano Alleqri yenidən Juventus-u çalışdıra bilər.

Goal.az xəbər verir ki, Turin təmsilçisinin rəhbərliyi hazırkı baş məşqçi Andrea Pirlonun işindən razı deyil və mövsümün sonunda onunla yolları ayıra bilər. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Juventus rəhbərliyi Pirlonun əvəzinə bu posta Alleqrini gətirmək istəyir. 53 yaşlı mütəxəssislə yayda danışıqlar aparılacaq.

Alleqri 2014-2019-cu illər aralığında Juventus-u çalışdırıb. İtalyan mütəxəssis 2019-cu ilin yayından işsizdir.

Juventus hazırda A Seriyasında 4-cü sıradadır.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs