30/04/2021
15:26
1057
| A A A
Spaletti Napoli-yə qiymət oxudu

Napoli-nin baş məşqçi postuna gətirmək istədiyi Luçano Spallettinin istədiyi maaş bəlli olub.

Goal.az xəbər verir ki, italiyalı çalışdırıcı neapollulardan illik 4 milyon avro əməkhaqqı tələb edib.

Sözügedən klubun prezidenti Aurelio De Laurentis isə ona 2,5 milyon avrodan da az maaş vermək istəyir. Tərəflər ortaq məxrəcə gələ bilsə, mütəxəssis mövsümün sonunda rəsmi müqaviləyə qol çəkəcək.

Xatırladaq ki, Spalletti 2019-cu ildə İnter-dən istefaya göndəriləndən bəri işsizdir. (fanat)

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs