30/04/2021
15:55
1276
| A A A
Dibala Juventus-dan ayrılır?

Juventus-un hücumçusu Paulo Dibalanın klubdakı taleyi qeyri-müəyyən olaraq qalır.

Goal.az xəbər verir ki, Turin klubu argentinalı futbolçu ilə hələlik razılığa gələ bilməyib.

Xəbərdə bildirilib ki, Dibalanın komandada qalıb-qalmayacağı Juventus-un Çempionlar Liqasına vəsiqə qazanmağından asılı olacaq.

Komanda ÇL-ə vəsiqə qazana bilməsə, Dibala transferə çıxarılacaq. Dibala bu mövsüm A seriyasında 16 oyuna 3 qol vurub, 2 qol ötürməsi edib. (sportinfo)

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs