01/05/2021
13:26
2165
| A A A
Juventus-da ciddi dəyişikliklər gözlənilir

Qarşıdan gələn mövsümə kimi İtaliyanın Juventus klubunda ciddi dəyişikliklər baş verə bilər – klub prezidentini və idman direktorunu dəyişməyə hazırlaşır.

Goal.az xəbər verir ki, Andrea Pirlonun Juventus-un baş məşqçisi vəzifəsindən tezliklə azad ediləcəyi ilə bağlı artan söz-söhbətlər fonunda, Masimiliano Alleqrinin son günlər Turində göründüyü deyilir. Onun qərargahına klubun keçmiş müdafiəçisi Andrea Bartsalyi qoşula bilər.

Bununla yanaşı, Juventus-un bu mövsüm göstərdiyi zəif oyunun qurbanı klubun hazırkı prezidenti, Super Liqanın əsas memarlarından olan Andrea Anyeli ola bilər. Qeyd edilir ki, onun yerini direktorlar şurasının üzvü Alesandro Nasi tutmağa hazırdır.

“Qoca sinyora”nın idman direktoru Fabio Paratiçi də işini itirmək təhlükəsi altındadır - onu Napoli-dən həmkarı Kristian Cuntoli və hazırda İnter-də çalışan Cuzeppe Marotta əvəzləyə bilərlər. Bu vəzifənin Alesandro Del Pyero və ya David Trezeqe tərəfindən tutulacağı istisna edilmir.

Miqyaslı dəyişikliklər Turin klubunun əsas oyunçularına da təsir edə bilər – Kriştiano Ronaldo və Paulo Dibalanın taleyi sual altında qalmaqdadır. (report)

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs