03/05/2021
12:27
1852
| A A A
İtaliya A Seriyasında yeni rekord

Bologna-nın futbolçusu Rodriqo Palasio İtaliya A seriyasında yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, o, buna ötən gün 34-cü turda Fiorentina ilə matçda (3:3) nail olub.

39 yaş 86 günlüyündə olan hücumçu görüşdə het-trik edib. Beləliklə, Palasio yerli çempionatda 1 matçda 3 qol vurmağı bacaran ən yaşlı oyunçu olub. İndiyədək bu göstəricidə rekord isə 1950-ci ildə 37 yaş 51 günlüyündə het-trik edən Silvio Piolaya məxsus idi.

Qeyd edək ki, Palasio bu mövsüm A seriyasında 32 matçda 4 qol vurub və eyni sayda qolun ötürməsini verib.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs