04/05/2021
14:27
729
| A A A
İnter müdafiəçisiylə yeni müqavilə bağlayacaq

İnter futbolçusu Alessandro Bastoni ilə müqaviləni yeniləyəcək.

Goal.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. 22 yaşlı müdafiəçinin sözləşməsinin müddəti 2024-cü ilin yayına qədər uzadılacaq. Bastoni yeni müqavilə ilə illik 2,8 milyon avro və bonuslar qazanacaq.

İtaliya millisinin də üzvü olan futbolçunun klubla hazırkı müqaviləsi 2023-cü ilin iyuluna qədərdir.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
10808 səs