04/05/2021
15:25
1358
| A A A
Italiya A Seriyasını tərk edəcək növbəti klub bilindi

Bu mövsüm A seriyasını tərk edəcək ikinci klub müəyyənləşib.

Goal.az xəbər verir ki, bu, Parma-dır. Komandanın 34-cü turda Torino-ya 0:1 hesablı məğlubiyyətindən sonra elitanı tərk edəcəyi dəqiqləşib. Belə ki, turnirin bitməsinə 4 tur qalmış Parma 17-ci pillədə qərarlaşan Cagliari ilə xal fərqini 12-ə çatdırıb. Komanda şəxsi görüşlərin nəticələrində Cagliari-yə uduzduğu üçün son turlarda qələbə qazansa belə, A seriyasında qala bilməyəcək.

Qeyd edək ki, bundan əvvəl Crotone-nin elitanı tərk edəcəyi dəqiqləşib.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
10806 səs