04/05/2021
16:41
800
| A A A
Roma baş məşqçisiylə bağlı qərar verdi — RƏSMİ

Roma baş məşqçisi Paulo Fonseka ilə ayrılıq qərarını rəsmən açıqlayıb.

Goal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Paytaxt təmsilçisi 48 yaşlı mütəxəssisi mövsümün sonunda istefaya göndərəcək.

Daha əvvəl isə mediada Roma-nın baş məşqçisi vəzifəsinə Maurisio Sarrinin gətiriləcəyi barədə xəbərlər yer alıb.

Qeyd edək ki, Fonseka 2019-cu ildən bu komandanı çalışdırır. Roma bu mövsüm onun baş məşqçiliyi altında A seriyasında 55 xal toplayıb və turnir cədvəlində 7-cidir.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11329 səs