04/05/2021
17:32
2527
| A A A
Mourinyo İtaliya nəhəngini çalışdıracaq — RƏSMİ

Roma yeni baş məşqçisinin adını açıqlayıb.

Goal.az xəbər verir ki, bu mövsüm başa çatdıqdan sonra İtaliya təmsilçisini Tottenham-in sabiq baş məşqçisi Joze Mourinyo çalışdıracaq. Portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Roma bu gün baş məşqçisi Paulo Fonseka ilə bu mövsümün sonu yolları ayıracağını açıqlayıb.

Xatırladaq ki, Mourinyo ötən ay Tottenham-in baş məşqçi vəzifəsindən istefaya göndərilib.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
10807 səs