28/05/2021
13:55
1193
| A A A
İnzaqi Lazio-dan ayrıldı

Lazio-nun baş məşqçisi Simone İnzaqi istefa verib.

Goal.az xəbər verir ki, 45 yaşlı mütəxəssis başa çatan müqaviləsini yeniləməyib.

Onun İnter-i çalışdıracağı və artıq tərəflərin razılığa gəldiyi bildirilib. "İnter"in bununla bağlı yaxın saatlarda açıqlama yayacağı gözlənilir.

Qeyd edək ki, İnzaqi 2015-ci ildən çalışdırdığı Lazio-ya 2 dəfə İtaliya Superkubokunu, 1 dəfə isə ölkə kubokunu qazandırıb.