28/05/2021
14:28
908
| A A A
Juventus Pirlo-nu istefaya göndərdi — RƏSMİ

Juventus baş məşqçisi Andrea Pirlonu istefaya göndərib.

Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Pirlonun 2022-ci ilin yayına qədər olan sözləşməsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 42 yaşlı mütəxəssis 2020-ci ildən Juventus-u çalışdırırdı.