28/05/2021
17:26
784
| A A A
İtaliya kubokunda format dəyişikliyi rəsmiləşdi

İtaliya kubokunun formatı dəyişdirilib.

Goal.az xəbər verir ki, yeni mövsümdən etibarən bu turnirdə 40 komanda mübarizə aparacaq.

Onlardan 20-si A Seriyası, 16-sı B Seriyası, qalan 4 komanda isə C və D Seriyasından olacaq. Turnirin yarımfinalına qədər bütün oyunlar bir mərhələdən ibarət olmaqla keçiriləcək.

İtaliya kubokunun əvvəlki formatında C Seriyasından 27, D Seriyasından isə 9 klub yarışa qatılırdı.