28/05/2021
19:24
536
| A A A
İtaliya klubunda məşqçi ayrılığı

Hellas Verona baş məşqçi İvan Yuriçlə yollarını ayırıb.

Goal.az xəbər verir ki, bu barədə A seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Yuriçin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, xorvat mütəxəssis 2018-ci ilin yayından Verona-nı çalışdırırdı. Komanda A seriyasında mövsümü 10-cu sırada bitirib.