29/05/2021
11:25
707
| A A A
Torino-nun yeni baş məşqçisi bilindi

Torino-nun yeni baş məşqçisi müəyyənləşib.

Goal.az xəbər verir ki, bundan sonra sözügedən komandanı İvan Yuriç çalışdıracaq.

Tərəflər arasında 3 illik müqavilə imzalanıb. Yuriç yeni komandasındakı işinə iyulun 1-dən başlayacaq.

Qeyd edək ki, Yuriç Torino-da Davide Nikolanı əvəz edib. Nikola bu ilin yanvarında Marko Campaolonun istefaya göndərilməsindən sonra bu posta gətirilmişdi. Lakin klub rəhbərliyi yeni mövsümə onunla başlamaq istəməyib və 48 yaşlı mütəxəssislə yolları ayırıb.

İvan Yuriç isə geridə qalan mövsümdə Hellas Verona-ya rəhbərlik edirdi.