29/05/2021
14:57
2295
| A A A
Lukaku İnter-dən ayrıla bilər

İnter-in hücumçusu Romelu Lukaku klubu tərk edə bilər.

Goal.az xəbər verir ki, belçikalı futbolçu İnter-də baş məşqçi postundan ayrılan Antonio Konteyə görə klubdan ayrılmaq istəyir.

Lukakunun 2019-cu ildə İnter-ə keçməsinin əsas səbəblərindən biri Kontenin baş məşqçi olması idi. 28 yaşlı hücumçunun italyan mütəxəssislə yaxşı əlaqələri var. O, Kontenin ayrılığından sonra İnter-i tərk edə bilər.

Qeyd edək ki, Lukakunun İnter-lə müqaviləsi 2024-cü ilin yayına qədərdir.