30/05/2021
19:32
2592
| A A A
Andre Villaş-Boaş İtaliya nəhənginə keçir

Son olaraq Marseille klubunda baş məşqçilik Andre Villaş-Boaş İtaliyada işləyə bilər.

Goal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Lazio komandasını çalışdıra bilər. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Andrenin bu gün Romaya gələrək, Lazio rəsmiləri ilə görüşəcəyi bildirilib.

Lazio-da bir neçə gün əvvəl baş məşqçi Simone İnzaqi ilə yollar ayrılmışdı.