03/06/2021
21:11
3032
| A A A
İnter-in yeni baş məşqçisi bilindi — RƏSMİ

İnter-in yeni baş məşqçisi müəyyənləşib.

Goal.az xəbər verir ki, komanda Simone İnzagiyə tapşırılıb.

45 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. O, bu postda mayın 26-da istefaya göndərilmiş Antonio Konteni əvəzləyib.

Qeyd edək ki, Simone İnzagi mayın 27-də Lazio-dan ayrılıb. O, 2016-cı ildən paytaxt klubunda işləyib