06/06/2021
12:33
1571
| A A A
Fiorentina Riberiylə bağlı qərarını verdi

Fiorentina-nın futbolçusu Frank Riberi klubu ilə müqaviləsini uzadacaq.

Goal.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi komandada qalmaq fikrindədir. Klub rəhbərliyi də onunla yolları davam etdirmək istəyir.

Hazırda tərəflərin danışıq apardığı bildirilir. Fransız futbolçunun illik maaşının 4 milyon avrondan 2 milyona endiriləcəyi də qeyd olunub.