08/06/2021
11:29
1085
| A A A
İtaliyalı məşqçi ilə müqaviləyə xitam verildi

Cagliari baş məşqçi Eusebio Di Françesko ilə müqaviləyə xitam verib.

Goal.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Cagliari Di Françeskonu fevralın 22-də istefaya göndərmişdi. Lakin onun klubla müqaviləsi qüvvədə idi. İyunun 7-də tərəflər qarşılıqlı razılıq əsasında həmin müqaviləyə xitam veriblər.