08/06/2021
12:24
2528
| A A A
İnter iki futbolçusuyla yollarını ayırır

İnter klubu iki futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.

Goal.az xəbər verir ki, A Seriyasının son çempionunda Eşli Yanq və Aleksandar Kolarovun müddəti bitən müqaviləsi yenilənməyəcək

İnter Kolarov və Yanqın yüksək məvacibinə görə onlarla müqaviləni yeniləməyəcək.

Serbiyalı müdafiəçi Kolarov 2020-ci ilin sentyabrından, ingilis yarımmüdafiəçi Eşli Yanq isə ötən ilin yanvarından İnter-də çıxış edir.