08/06/2021
15:25
2154
| A A A
İtaliya klubunda yeni baş məşqçi

Cagliari-dən ayrılan Eysebio Di Françeskonun yeni klubu müəyyənləşib.

Goal.az xəbər verir ki, o, Hellas Verona-nın baş məşqçisi təyin olunub. Bu barədə A seriyasının saytı məlumat yayıb. 51 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Di Françesko istefa verən İvaç Yuriçi əvəzləyib.

Qeyd edək ki, Verona A seriyasından başa çatan mövsümü 10-cu pillədə tamamlayıb.