09/06/2021
17:29
2307
| A A A
Lazio-nun yeni baş məşqçisi bilindi

Lazio-nun yeni baş məşqçisi bəlli olub.

Goal.az xəbər verir ki, Roma təmsilçisi Mauritsio Sarriyə həvalə olunub.

A Seriyasında çıxış edən klub mütəxəssisin adını açıqlamasa da, tvitterdəki siqaret paylaşımı ilə bunun Sarri olduğuna işarə vurub.

Qeyd edək ki, son iş yeri Juventus olan 62 yaşlı mütəxəssis bu vəzifədə Simone İnzagini əvəzləyib.