17/06/2021
14:25
2346
| A A A
Qattuzo istefaya göndərildi

Cennaro Qattuzo Fiorentina-nın baş məşqçisi vəzifəsindən ayrılıb.

Goal.az klubun saytına istinadən xəbər verir ki, tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər.

İtaliyalı mətbuatı yazıb ki, mütəxəssislə klubun sahibi Rokko Kommiso və idman direktoru Cankarlo Antonyoni arasında anlaşılmazlıq olub. Qattuzo komandanın heyətini gücləndirilməsini istəyib. Ancaq bəzi futbolçularla bağlı razılığa gəlmək mümkün olmayıb.

Qeyd edək ki, Qattuzo mayın 25-i Fiorentina-nın baş məşqçisi təyin olunmuşdu.