18/06/2021
13:29
2283
| A A A
İtaliya klubunda yeni baş məşqçi

Sassuolo klubunda baş məşqçi təyinatı gerçəkləşib.

Goal.az xəbər verir ki, A Seriyası təmsilçisinin “sükan”ı Alessio Dioniziyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 41 yaşlı mütəxəssislə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.

Dionizi son olaraq Empoli komandasında baş məşqçilik edib.