19/06/2021
12:28
1550
| A A A
İbrahimoviç əməliyyat olundu

Milan-ın futbolçusu Zlatan İbrahimoviç sol dizindən əməliyyat olunub.

Goal.az xəbər verir ki, isveçli hücumçu avqustun ortalarınadək meydana çıxa bilməyəcək.

40 yaşlı forvard dizindəki zədəyə görə Avropa çempionatını buraxmalı olub.

Qeyd edək ki, İbrahimoviç ötən mövsüm A Seriyasında 19 oyun keçirib və 15 qol vurub.