20/07/2021
19:41
4062
| A A A
Juventus Demiralın qiymətini açıqladı

Juventus futbolçusu Merih Demiralın transfer dəyərini müəyyənləşdirib.

Goal.az xəbər verir ki, 23 yaşlı müdafiəçini heyətinə qatmaq istəyən klublar 40 milyon avro ödəməli olacaqlar. Lakin Demiralın Turin təmsilçisindən gedib-getməyəcəyinə baş məşqçi Massimiliano Alleqri qərar verəcək. Türkiyə millisinin üzvü ilə Roma və Atalanta da yaxından maraqlanır.

Qeyd edək ki, Demiral Juventus-a 2019-cu ildə 18 milyon avro qarşılığında Sassuolo-dan keçib.