25/08/2021
14:20
2799
| A A A
Juventus yeni transferini itirdi

Juventus ağır itki ilə üzləşib.

Goal.az xəbər verir ki, Turin təmsilçisinin yeni transferi Kayo Jorje zədələnib. O, komandanın məşqində sıradan çıxıb. 19 yaşlı braziliyalı hücumçu azı bir ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Juventus Kayonu Santos-dan transfer edib. Onunla 5 illik müqavilə imzalanıb.