25/08/2021
18:29
2554
| A A A
Juventus-da ağır itki

Juventus daha bir ciddi itki ilə üzləşib.

Goal.az xəbər verir ki, Turin təmsilçisinin yarımmüdafiəçisi Aaron Remzi zədələnib. Məşq zamanı zədələnən uelsli futbolçu 10 gün yaşıl meydanlardan uzaq qalacaq.

Xatırladaq ki, Remzidən öncə komandanın yeni transferi Kayo Jorje də zədələnmişdi. Onun da təxminən bir ay oynamayacağı bildirilir.