20/10/2021
21:50
1844
| A A A
Pirlo A Seriyası klubunu çalışdıra bilər

Sampdoria-nın rəhbərliyi komandanın baş məşqçisi Roberto D'Аvеrsanı postundan uzaqlaşdırmağa hazırlaşır.

Goal.az xəbər verir ki, 46 yaşlı mütəxəssis A Seriyasının 9-cu turunda - Spezia ilə oyunda yetirmələrinə uğur qazandıra bilməsə, istefaya göndəriləcək.

Onun yerinə artıq real namizəd də var. Bu, ötən mövsüm Juventus-u çalışdırmış Andrea Pirlodur. Mənbəyə inansaq, Pirlo özü də Qenua təmsilçisini çalışdırmağın əleyhinə deyil.