28/11/2021
13:29
1119
| A A A
İnter Brozoviçlə bağlı qərarını verib

İnter futbolçusu Marselo Brozoviçlə yeni müqavilə imzalayacaq.

Goal.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikola Skira özünün tvitter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, tərəflər sözləşmə müddətinin uzadılması ilə bağlı razılığa gəliblər. Anlaşmaya əsasən, xorvatiyalı yarımmüdafiəçi 2025-ci ilin yayınadək Milan təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, cari mövsüm İnter-in heyətində 18 oyun keçirən 29 yaşlı futbolçu 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.